• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu məktəbdə uşaqlar paltoda oturur - Merə MÜRACİƏT

Bakıda bu məktəbdə uşaqlar paltoda oturur - Merə MÜRACİƏT
26.11.2019 17:07
Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 307 nömrəli məktəbdə hələdə istilik verilməyib.

Unikal.org xəbər verir ki, bu sözləri Sabunçu rayon 307 nömrəli məktəbin coğrafiya müəllimi  Hafiz  Rəhimov deyib.
Müəllim qeyd edib ki, noyabr ayının 15-dən ölkə rəsmən qış rejiminə keçsə də, hələ ki bizim məktəb istilik sisteminə qoşulmayıb:
"Artıq neçə ildir ki, biz bu problemlə qarşılaşırıq. Havalar da soyuq keçdiyindən şagirdlər sinifdə palto ilə otururlar, bu zaman da dərs prosesi pozulur. Otaqda dərs keçmək də mümkün deyil. O qədər soyuq olur ki, şagirdlər dərsə də gələ bilmirlər, davamiyyət çox aşağıdır. Dəfələrlə adiyyatı qurumlara müraciət etmişik, bizim şikayətimizə baxan olmayıb. Müraciət edəndə də, iki nəfər göndərirlər onlar da gəlib guya, nəsə iş görürlər. Məktəbin qazanxanası, zirzəmisi çox pis vəziyyətdədir. Əslində məktəbin ərazisində vaxtilə gölməçə  olub, sonra qurudulub  yerində təhsil ocağı inşa ediblər. Havalandırma sistemi də sıfır dərəcədədir”.

Hafiz Rəhimovun sözlərinə görə, məktəbdə əvvəllər istilik sistemi olub: "Ümumiyyətlə, bu məktəb 2006-cı ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı vaxtdan, bir neçə il məktəbə istilik verildi. Ancaq indi o istiliyə möhtac qalmışıq. Özüm də xəstə insanam, mən və şagirlər nə vaxta kimi bu zülmü çəkəcəyik? Mən şəxsən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəfələrlə müraciət etmişəm. Hətta müdirin qəbulunda da oldum. Ordan mənə bildirdilər ki, bu, onların səlahiyyətində deyil. Dedilər ki, yalnız Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdən sonra məsələ həll olunar. Sizdən çox xahiş edirik, bu məsəli işıqlandırın ki, bizim məktəbə də bir nəzər yetirsinlər. Çünki burda vəziyyət çox acınacaqlıdır. Uşaqlar dərsə gələ bilmirlər ki, sinfdə donuruq, otura bilmirik”.

Coğrafiya müəllimi  sonda KİV vasitəsi ilə, Təhsil naziri Ceyhun Bayramov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək, problemin həllinə köməklik göstərmələrini xahiş edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol