• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq” – Erməni polkovnikdən ETİRAF

“Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq” – Erməni polkovnikdən ETİRAF
28.11.2019 09:42
"Aprel döyüşləri araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.

Anews.az ordu.az-a istinadən xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib
Onun sözlərinə görə, ilk növbədə suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyandan soruşulmalıdır.

Xatırladaq ki, 2016-cı ildə Aprel döyüşlərindən dərhal sonra Sarkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib, onun adı Aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilirdi. Bununla yanaşı, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə, Ermənistan Respublikası Baş nazirinin müşaviri təyin edildi.

Qriqoryan, Aprel döyüşlərindən sonra həyata keçirilən "Günnüt əməliyyatı”na da toxunub.
"Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”, – deyə erməni polkovnik bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır.
"Məncə yaxın 3-4 ay ərzində Azərbaycan trəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi Naxçıvan qanadında aparılacaq. Bu iki məsələ ilə bağlıdır. Birincisi, rusların Naxçıvanı müharibəyə sürükləməsi və sonradan onu azad etməsi üçün təxribat, bununla da məqsəd buradan Şimal-Cənub yolunun keçməsi və dəmir yolunun işləməsidir. İkincisi, bu Rusiya Federasiyasının planlarına daxil deyilsə, o zaman Ermənistanı məhv etmək məsələsi qarşıya qoyulub və Türkiyənin Ermənistana qoşun yeritməyə çalışacağı istisna edilmir”, – deyə erməni polkovnik bildirib.

O, Rusiyanın Gümrüdəki hərbi bazanı boş yerə gücləndirmədiyini də qeyd edir: "Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol