• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədovun yeni işində ilk çıxışı

Novruz Məmmədovun yeni işində ilk çıxışı
28.11.2019 12:22
Azərbaycan Dillər Universitetində Beynəlxalq fransız dili müəllimlərinin peşə gününə həsr olunan tədbir keçirilib.
 
Anews.az APA-ya istinadən məlumat verir ki, tədbirdə çıxış edən Universitetin prorektoru Novruz Məmmədov bildirib ki, Azərbaycan Dillər Universiteti fransız dili mütəxəssislərinin, müəllimlərinin formalaşmasında əsas rol oynayır:
 
"ADU-da fransız dilinin tədrisinin çox dərin tarixi var. Azərbaycanda fransız dilinin tədrisinə ötən əsrin 20-ci illərindən xarici dillər fakültəsi formasında başlanılıb".
 
  N. Məmmədov bildirib ki, fransız dili bu gün də gənclərin diqqətini cəlb etməkdədir:  "Fransız dili mədəniyyət, şeir, poeziya, təhsil dilidir. Azərbaycan Dillər Universitetində bu dilə böyük maraq var. Universitetin mütəxəssisləri, məzunları Azərbaycanın idarələrində, müxtəlif ali və orta təhsil müəssisələrində çalışırlar".
 
Prorektor bildirib ki, bu gün 1 milyona yaxın müəllim fransız dilini tədris edir:
 
"Azərbaycanda isə 450-yə yaxın fransız dili müəllimi var. Azərbaycan Dillər Universitetində 50-dən çox fransız dili müəllimi var və 500-dən çox tələbə bu dili öyrənməkdir. Universitetlərin əsas rolu tədrislə yanaşı tələbələrin yaradıcılıq xüsusiyyətlərini inkişaf etdirməkdir. Bu mənada ADU da yeni nəslin formalaşmasında mütəxəssislər yetişdirmək üçün çalışır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol