• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentin buraxılması təşəbbüsünə partiyalardan reaksiyalar

Parlamentin buraxılması təşəbbüsünə partiyalardan reaksiyalar
28.11.2019 20:20
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının toplantısı keçirilib. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Azərbaycanda Milli Məclisin buraxılacağı və növbədənkənar Parlament Seçkiləri keçirilməsi ilə bağlı qərarı açıqlayıb.


İqtidardan və müxalifətdən bu qərara müxtəlif mövqeləri əks etdirən reaksiyalar var. Milli Məclis sədrinin müavini Bahar Muradova öz faysbuk profilində yazdığı statusda bu qərarı belə şərh edib: "Yeni Azərbaycan Partiyası hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq ölkə gündəmini, dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verdi.Növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla Parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verdi”.
 

Bahar Muradovanın YAP-çı deputat həmkarı Nəsib Məhəməliyev bizimyol.info portalına açıqlamasında oxşar mövqe sərgiləyib: "Parlamentin buraxilması ilə bağlı qərar Yeni Azərbaycan Partiyasının qərarıdır. YAP- ın üzvü olaraq, bunu normal qarşılayıram .Hesab edirəm ki, hakimiyyətin digər strukturlarında - icra orqanlarında məhkəmə hakimiyyətində aparılan islahatlar qanunericilik hakimiyyətində də getməlidir. Bu zamanın tələbidir və cənab Prezidentin apardığı siyasətlə uzlaşır. YAP üzvləri də partiya sədrinin bu qərarına hörmətlə yanaşır”.
 

Başqa siyasi partiyaların isə bu qərara münasibəti birmənalı deyil. AXCP sədri Əli Kərimli mətbuata verdiyi açıqlamasında deyir ki, bu, qanunverici hakimiyyətin də eyni əldə cəmləçdirilməsinə xidmət edir. Onun sözlərinə görə, YAP bu qərarı könüllü verməyib, Prezidentin verdiyi göstəriş əsasında həyata keçirilib. Partiya sədri eyni zamanda vurğulayıb ki, belə bir qərarın verilməsi "cəmiyyətdə narazılığın artmasndan, müxalifətin güclənməsindən, buna görə seçkilərdə hakimiyyəti gözləyən sürprizlərdən” irəli gəlib. Əli Kərimli hökumətə seçki islahatları ilə bağlı təkliflər verdiklərini də deyib. Bu təkliflərin seçki komissiyalarının yenidən qurulması, proporsional seçki sisteminin bərpası, seçki müşahidəçilyinə şərait yaradıması və seçkilərdən şikayətlərin obyektiv araşdırılması ilə bağlı olduğunu, lakin nəzərə alnmadığını söyləyən partiya sədri hökumətin onları fakt qarşısında qoyduğunu, belə şəraitdə seçkidə iştirakdan imtina olunacağını istisna etməyib və bu məsələnin müzakirə ediləcəyini deyib.
 

ReAl Partiyasının sədri İlqar Məmmədov isə keçirdiyi brifinqdə müxlifətin fakt qarşısnda qoyulması haqqında Əli Kərimlinin dediklərini ad çəkmədən təkzib edib. O deyib: "Biz buna əvvəldən hazır iidk, hamını dab u seçkilərə hazırlaşmağa çağırırdıq”. İlqar Məmmədov deyib ki, bu ilin əvvəlində ReAl Partiyası40 min imza toplayaraq Milli Məclisə təqdim etdiyi zaman parlamentin buraxılması üçün Konstitusion şərait yaranmışdı, ancaq Prezident parlamenti o zaman buraxmadı. İlraq Məmmədob partiyasının seçkidə iştirak edəcəyini deyib. Eyni zamanda özünün və başqa iki fəal üzvün seçkilərə buraxılmayacağını da bildirib.
 

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyib ki, parlament onsuz da buraxılmalı idi. O, faysbuk hesabında yazıb ki, bu parlament xalqn iradəsi ilə yaradılmamışdı. Arif Hacılı eyni zamanda ciddi seçki islahatının aparılmalı olduğunu da deyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol