Dövlət qulluqçularına - ŞAD XƏBƏR - QƏRAR

"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.
Qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın "222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.
"Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında "222940. Əməyin mühafizəsi xərcləri” sözləri "222950. Əməyin mühafizəsi xərcləri”, "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.
"222960. "Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























