• $
  • €
  • ₽
  • ₺
  • £

Pərvin Abıyevayla videosu yayılan polisin işdən çıxarılması qanunidirmi? - ŞƏRH

Pərvin Abıyevayla videosu yayılan polisin işdən çıxarılması qanunidirmi? - ŞƏRH
29.11.2019 14:41
"Hesab edirəm ki, polis əməkdaşının hansısa məkanda istirahət etməsi, yaxud ad günü qeyd etməsinə görə deyil, polis adının xüsusilə hallandırılması, polis forması və ya logosundan nümayişkaranə şəkildə istifadə edilməsi, hətta bunun sosial şəbəkələr vasitəsilə minlərlə insana çatdırılmasına görə bu əməldə intizam pozuntusunun əlamətləri aşkar edilərək, müvafiq əmrlə həmin şəxsin əmək müqaviləsinə etik davranış qaydalarının ciddi surətdə pozulması kimi qiymətləndirilərək xitam verilib”.

Qaynarinfo xəbər verir ki, bu sözləri redaksiyamıza son günlər sosial şəbəkələrdə yayılmış videoda gənc polis əməkdaşının doğum günü keçirməsi və polis adını xüsusi qabartdığına görə işdən azad edilməsi məsələsini şərh edərkən vəkil Roman Qaraşov deyib.

"Ümumiyyətlə, gənc bir polis əməkdaşının səbəbindən asılı olmayaraq xidmətdən uzaqlaşdırılması böyük təəssüf hissi yaradır. Əmək qanunverciliyinin tələblərinə uyğun olaraq işdən çıxarılmış şəxs hesab edirsə ki, o, əsassız olaraq işdən çıxarılıb, bu məsələni bir ay iddia müddəti şamil olunmaqla mübahisələndirə bilər. Yəni həmin polis əməkdaşı barəsində qəbul edilmiş qərarın qanunsuz olduğu qənaətinə gəlibsə, hüququnu məhkəmə vasitəsilə müdafiə edib bərpa etdirə bilər”, - deyə vəkil əlavə edib.

Vəkil bildirib ki, məsələnin detalları ilə, eyni zamanda verilmiş əmrin tam mətni ilə tanış olmadığından qəti bir fikir deməyi doğru deyil. Lakin hər bir polis əməkdaşı, hüquq mühafizə orqanının işçisi bilməlidir ki, etik davranış qaydalarına ciddi surətdə əməl etmək lazımdır. Dövlət orqanlarının işçiləri xalqa xidmət edir, o işini, peşəsini nüfuzdan salacaq hərəkətlər etməməlidir, bundan daim çəkinməlidir. Sosial şəbəkələr vasitəsilə özünü reklam edərək müəyyən qədər tanınan şəxslər barəsində konkret bunu düz və ya səhv edib, yaxud "hansısa qanunu pozub” demək yalnış yanaşmadır, çünki ortada konkret həmin şəxslərin cinayətkar əməlləri yoxdur və fakt varsa, həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır.  

Bu cür hadisələrə etik davranış qaydaları ilə hansı cəzaların verilə biləcəyi haqqında danışan Roman Qaraşov qeyd edib ki, Daxili İşlər orqanlarının əməkdaşlarının etik davranış qaydalarının 18-ci maddəsinə əsasən, Polis əməkdaşı Kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir.

Xatırladaq ki, son günlərdə sosial şəbəkədə yayılan həmin videoda polis əməkdaşının aktrisa Pərvin Abıyeva və dostları ilə birgə ad gününü qeyd etməsi görüntülənib. Səs-küyə səbəb olan video üçün DİN rəhbərliyinin göstərişi ilə dərhal müvafiq araşdırmalar aparılıb və ad günü qeyd edilən şəxsin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev olduğu müəyyən edilib. Məlumatda həmçinin qeyd olunur ki, "Polis haqqında” Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol