Məhkəmə Zümrüd Yağmur və Fuad Qəhrəmanlı ilə bağlı QƏRAR VERDİ

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi başa çatıb.
Anews.az xəbər verir ki, bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, prosesdə hakim tərəflərə barışmaq üçün vaxt verib: "Biz hakimdən xahiş etdik ki, iddianı təmin etsin və tərəflər arasındakı rəsmi nikah ləğv edilsin. O isə bizim xahişimizi nəzərə almadı və tərəflərə barışmaq üçün 3 ay vaxt verdi. 3 aydan sonra yenidən məhkəmə prosesi keçiriləcək və nikah ləğv olunacaq. Məhkəmə prosesi fevral ayında yenidən keçiriləcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























