• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?

Kəmaləddin Heydərov qəbul günlərini LƏĞV EDİB?
28.05.2020 18:22
Prezidentin tapşırığına əsasən nazir və komitə sədrləri, eləcə də dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb, onların problemlərini dinləyirlər. İddialara görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla görüş vaxtı təyin olunsa da, o, müəyyən səbəblərdən qəbullara getməyib. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məsələ ilə bağlı Modern.az-a bildirib ki, nazirin vətəndaşların qəbuluna gedib-getməməsilə bağlı açıqlama verə bilmir:

"Ümumiyyətlə, qəbullarla bağlı nazirliklərin saytında məlumat verilir. Nazir müavinlərinin qəbulları olub və bu barədə də məlumatlar verilib”.

Qeyd edək ki, bu barədə məlumatı Unikal.org yayıb. Məlumatda bildirilib ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyul tarixində baş tutub. K.Heydərovun əhali ilə sonuncu görüşü də elə həmin günə təsadüf edib. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbul etmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol