• $
  • €
  • ₽
  • ₺
  • £

“Parlamentdə deputatların əksəriyyəti yatmaqla məşğuldur”

“Parlamentdə deputatların əksəriyyəti yatmaqla məşğuldur”
03.12.2019 14:37
ofiq Abbasov: "Belə vəziyyət həm qeyri-məqbuldur, həm də xalq arasında narazılıq doğurur”


"Parlamentin buraxılacağı mütləqdir. İrəli sürülmüş təşəbbüsün Parlament tərəfindən təsdiq olunmasına şübhə etmirəm. Çünki Parlamentdə Yeni Azərbaycan Partiyasından çox sayda deputat var və digər deputatlarda bu fikirlə həmrəydirlər”.

Anews.az bildirir ki, bu fikirləri AYNA-ya açıqlamasında politoloq Tofiq Abbasov səsləndirib. Bildirib ki, son sözü isə dövlət başçısı deyəcək: "Çünki bu təşəbbüs YAP-ın Siyasi Şurası tərəfindən irəli sürülüb. Siyasi Şura da özbaşına belə bir qərar qəbul edə bilməz. Düzdür, YAP-ın rəqibləri və siyasi təşkilatlar bu məsləyə fərqli mövqe bildiridi. Həqiqət ondan ibarətdir ki, Parlamentdə təmsil olunan şəxslərin hamsı çevik və işgörən adamlar deyil”.

"Ümumiyyətlə Milli Məclisdə güclü ətalət təsiri altında olanlar var ki, onların da nə səsləri çıxır, nə də özlərinə məxsus dəstixətləri var. Bu baxımdan da dövlətin icraedici qollarından ikisində əsaslı dəyişikliklər baş veribsə, demək qanunverici orqanda da belə bir canlanma olmalı idi. Düşünürəm ki, dövlət başçısı bu məsələdə düzgün qərar verəcək”, – Abbasov vurğulayıb.

Politoloq hesab edir ki, qanunverici orqanda təmsil olunan şəxslər çevik və intellektual olmalıdır: "Düzdür, deputalar arasında bu kriteriyalara uyğun olan şəxslər var, lakin əksər deputatlar parlamentdə yatmaqla məşğuldur. Onların bu fəaliyyətsizliyi cəmiyyət arasında qəzəb yaradırdı. Bu baxımdan da, bir halda ki, icraedici orqanlarda kadr islahtları aparılır, deməli deputat korpusunda da belə bir prosesin getməsinə zərurət var idi. Yəqin ki, hakim partiyanın fəalları da bu situatsiyasını belə dəyərləndiriblər”.

"Milli Məclisdə elə deputalar var ki, Parlamentin ilk çağırışından fəaliyyət göstərirlər. Onların da faydalı iş əmsalı nəinki zəifdir, ümumiyyətlə yox dərəcəsindədir. Çünki mandatdan sui-istifadə edərək, seçicilərə yox, özlərinə işləyirlər. Seçicilərin də etimadanı özlərinin koorperativ maraqlarına bağlayırlar. Belə vəziyyət həm qeyri-məqbuldur, həm də xalq arasında narazılıq doğurur. Parlamentin xətti ilə keçirilən müxtəlif formatlar var ki, pdeputatlar həmin formatlarda təmsil olunurlar. Bir var ki, həmin forumlarda çevik danışıq qabiliyyəti olan, fikrini aydın ifadə edən və heç nədən çəkinməyən adamlar iştirak etsinlər, bir də var ki, həmin işləməyən deputatlar. Təəssüf ki, Azərbaycan Parlamentində intellektual adamların sayı çox azdır”, – deyə müsahibimiz əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol