• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu vəzifəli şəxsin əmlaklarına HƏBS QOYULDU

Bakıda bu vəzifəli şəxsin əmlaklarına HƏBS QOYULDU
05.12.2019 10:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin inkişaf etdirilməsinə dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühitinin daha da güclənməsinə böyük təkan verib.

Bununla yanaşı, bəzi sahibkarlıq subyektləri tərəfindən dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan korrupsiya və rüşvətxorluq hallarına yol verilməsinə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Publika.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə "UNİMARK SYSTEMS” MMC-nin təsisçisi və direktoru Rövşən Əhmədovun öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə həmin cəmiyyətin baş mühasibi Rauf Xəlilov ilə qabaqcadan əlbir olub MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil etdiyi kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib 2013-cü ildə hazırda ləğvetmə prosesində olan "Texnikabank” ASC-nin "Muğan” filialına təqdim edərək bankla aralarında bağlanmış kredit müqaviləsi əsasında 447 min manat məbləğində kredit vəsaitini götürüb "Texnikabank” ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manat məbləğində pul vəsaitini qəsdən ödəməyərək "Texnikabank” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manat məbləğində əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Azərbaycan Respublikasının Prokurorluğu bu kateqoriyadan olan cinayətlərin törədilməsinə şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verəcək neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsini təmin edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol