• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağın taleyi 5 sentyabrda həll olunacaq"

"Qarabağın taleyi 5 sentyabrda həll olunacaq"
11.08.2014 11:18

“Rusiya Qarabağ münaqişəsini saxlamaqla Cənubi Qafqazda daha çox qalmaqala öz təsir gücünü göstərir”.

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Rusiyanın Azərbaycandakı bəzi güclər vasitəsilə ölkədə çaşqınlıq törətməyə çalışacağını bildirib:

“Soçi görüşünün hər hansı nəticə verməyəcəyi öncədən bəlli idi. Bu görüş Rusiyanın öz maraqları üçün hesablanmış addım idi. Rusiya bu günə qədər hər hansı bir münaqişənin həllində heç zaman rol oynamayıb və oynaya da bilməz. Çünki Rusiyanın siyasi xəttində sadəcə işğalçılıq mövcuddur. Rusiya Qarabağ münaqişəsini qoruyub-saxlamaqla Cənubi Qafqazda daha çox qalmaqala öz təsir gücünü göstərir. Lakin artıq Qarabağ məsələsi həll olunmalıdır. Bunu beynəlxalq birlik artıq düşünür. NATO-nun sentyabrın 4-5-də keçiriləcək Uels Sammitində bağlı qapılar arxasında Cənubi Qafqazla bağlı müzakirələr gedəcək. Bu müzakirələrə Gürcüstanın NATO yolu və Qarabağ məsələsinin həll olunması, NATO-nun genişlənməsi, 2014-cu ilin sonunda Əfqanıstandan çıxan orduya Azərbaycandan tranzit kimi istifadə olunması və s. daxil ediləcək. Rusiya bu proseslərin olacağını yaxşı bilir. Ona görə də Azərbaycan daxilindəki bəzi güclər vasitəsi ilə, həmçinin, Ermənistanın əli ilə bir sıra prosesləri sürətləndirəcəyini görə biləcəyik. Bu proseslər cəbhədə yenidən hərəkətlənmələrə gətirib çıxara bilər”.

F.Məmmədov Uels Sammitindən sonra Qərbin Azərbaycana qarşı münasibətinin ciddiləşəcəyini deyib:

“Ölkə parlamentində NATO qoşunlarının ölkəmizdən tranzit kimi istifadə etməməsi ilə bağlı müzakirələrin keçirilməsi və s. ola bilər. Rusiya beynəlxalq birliyin yanında olmayan, ciddi tərəfdaşları olmayan bir ölkədir. Artıq ona görə də kiçik ölkələrə təsir etməklə öz gücünü qorumaq kimi bir gövdə göstərisi nümayiş etdirir. Amerika və Avropa bunu yaxşı anlayır və bunun nəticələrinin ağır olacağını bilir. Amerikanın Azərbaycanla bağlı siyasəti heç zaman dəyişməyəcək. Amerika üçün öncül məsələ demokratiya və insan haqları məsələsidir. Düşünürəm ki, Uels Sammitindən sonra bu məsələdə də Qərb ciddiləşəcək və yeni bir siyasi xətt formasını görəcəyik. Azərbaycan dövləti üçün bu və ya digər formada basqılar da gözlənilir.

Qafqazda müharibə gözlənilmir, sadəcə, müəyyən hərəkətlilik olacaq. Lakin bu prosesin də tezliklə həllini görəcəyik!”

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol