• $
  • €
  • ₽
  • ₺
  • £

Alman radiosundan ŞOK Qarabağ təhlili

Alman radiosundan ŞOK Qarabağ təhlili
11.08.2014 09:42
"Amerika və NATO Qarabağa can atır" Almandilli “Stimme Russlands“ radiosunun yaydığı xəbərdə deyilir ki, Dağlıq Qarabağda münaqişənin yenidən aktiv mərhələyə daxil olmasının qarşısının alınması üçün Rusiya hərəkətə keçib. Prezident Vladimir Putinin Soçidəki iqamətgahında Qarabağ probleminə dair Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyanla danışıqlar aparıb.  Aydın görünür ki, Rusiyanın bu məsələdə xüsusi fəallığı var. O da bəllidir ki, ABŞ və NATO-nun bu münqaişənin həlli ilə bağlı planı Rusiyanın nəzərdə tutduqlarından fərqlənir.  Bəziləri iddi edirlər ki, prezident Putin öz imicini müsbətə doğru dəyişmək üçün bu görüşə xüsusi maraq göstərir. Putin bütün dünyaya nümayiş etdirmək istəyir ki, o,  münaqişənin sülh yolu ilə həllində maraqlıdır.  NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Ulyam Lahue Dağlıq Qarabağda baş verən son olaylardan narahatlığını ifadə edib. O, bildirib ki, ABŞ və NATO-ya görə narahatlıq göstərənlər nədənsə bəlaya düçar olurlar. Xüsusilə neft və qazı olanların belə narahatçılığına daha həssas yanaşılır... Göründüyü kimi, Qərb son vaxtlar Dağlıq Qarabağda baş verən olaylara görə Rusiyanın maraqlı olduğun dilə gətirir. Eyni zamanda Ukrayna olaylarının səbəbini də diplomatik dillə açıqlayır. ABŞ və NATO-ya isti münasibətdə olan Azərbaycanın məhz Rusiyanın təzyiqi ilə Ermənistan tərəfdən yenidən münaqişəyə cəlb olunduğu vurğulanır... Vladimir Stupişinin münasibətini də açıqlayıb. Cənab Stupişin deyib ki, Putin tamamilə haqlıdır. Amerikanın sülhyaratma missiyası həmişə faciələrlə yekunlaşır. İraq, Əfqanistan, Liviya kimi ölkələrdə biz bunun şahidi olduq. İndi onlar Suriyada da eyni əməlləri törətmək istəyirlər. Amerika haraya giribsə oralar xaraba qalıb. Veytnamda da belə olmuşdu. Çünki xalqlar özləri istədikləri kimi yaşamağa üstünlük verirlər. Amerikanın diktəsi onlara xoş gəlmir. Ola bilər ki, bu siyahıda Ukrayna istisnalıq təşkil edir. Diplomat vurğulayıb ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı planı belədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı bəzi rayonları Azərbaycana qaytarmalıdır. Sonra Amerikaya bağlı sülhməramlı qüvvələr regiona yeridilməlidir. Bu isə o deməkdir ki, ABŞ həm yaxınlıqdakı İrana, həm də ki, Azərbaycan və Ermənistana nəzarəti daha da gücləndirə biləcək.... Rusiya isə belə bir fikirdə deyil. Moskva deyir ki, Azərbaycan və Ermənistan münaqişə zonasında vəziyyəti stabilləşdirmək üçün gərəkən addımlar atmalıdır. (musavat.com)ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol