• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlərin görüşü oldu - FOTOLAR

Prezidentlərin görüşü oldu - FOTOLAR
11.08.2014 09:01
Avqustun 10-da şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib. APA-nın xəbərinə görə, görüşün detalları barədə geniş məlumat açıqlanmayıb. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin hər iki prezidentə Rusiyada görüşdükləri üçün təşəkkürünü bildirib. O deyib ki, prezidentlərlə təkbətək və daha sonra qeyri-rəsmi görüşlərində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıb. V. Putin qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə beynəlxalq formatı qəbul edirlər və bu format daxilində tərəfdaşlarla əməkdaşlığa davam edəcəklər. Amma o, belə bir formatda da müzakirə aparılmasını faydalı hesab etdiyini bildirib. Azərbaycan prezidenti İlham Əliyev də görüşə görə təşəkkürünü bildirib və qeyd edib ki, V. Putinlə görüşdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb: “Bu münaqişə həllini tapmalıdır. Dünən də qeyd etdiyimiz kimi, münaqişənin həlli xeyli uzandı. Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək”. Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazisindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb”. Prezident ATƏT-in Minsk qrupunun bu istiqamətdə işlədiyini, tərəflərin yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib: “Ona görə də düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”. Ermənistan prezidenti Serj Sarkisyan da V. Putinə təşəkkür edərək, indiki mürəkkəb vəziyyətdə onun münaqişənin nizamlanmasına diqqət və vaxt ayırmasını yüksək qiymətləndiklərini bildirib. S. Sarkisyan deyib ki, münaqişənin həlli mümkündür və problem kompromis, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır. Daha sonra çıxış edən V. Putin Azərbaycan və Ermənistan prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi barədə dediklərinə diqqət çəkərək, bundan məmnuniyyət duyduğunu dilə gətirib. “Həqiqətən də əsas məsələ budur. İnsanların ölməsindən böyük faciə ola bilməz. Qeyd etmək lazımdır bu münaqişə bizə Sovet İttifaqından miras qalıb və biz problemin həllini tapmaq üçün səbr, müdriklik və qarşılıqlı hörmət nümayiş etdirməliyik. Sözsüz ki, xoş niyyət varsa, istənilən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Mən belə gəlir ki, həm Azərbaycan, həm də erməni xalqlarının belə niyyəti var”. Sonra görüş mətbuat işçilərinin iştirakı olmadan davam etdirilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol