• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilan necə işğal edildi? - Erməni general HƏR ŞEYİ AÇDI - ŞOK DETALLAR

Zəngilan necə işğal edildi? - Erməni general HƏR ŞEYİ AÇDI - ŞOK DETALLAR
12.12.2019 16:04
1992-ci ildə Qarabağ müharibəsinin qızğın çağında Ermənistanın o dövrdəki müdafiə naziri Vazgen Manukyan erməni general-polkovniki Yuri Xaçaturova nəyin bahasına olursa olsun, Zəngilan rayonunu işğal etmək barədə əmr verib.

Anews.az Axar.az-a istindən xəbər verir ki, bunu erməni nəşrinə Xaçaturovun özü deyib.
Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bütün cəbhə boyu ağır vəziyyətin müşahidə olunduğundan xəbərdar olub.

"Biz bir neçə istiqamətdə nəzarəti əldən verirdik. Manukyan mənə qeyri-adi nə isə etməli olduğumu dedi. Mən ona Qafan rayonundakı yüksəkliyi nəzarət altına götürməyi təklif etdim. Bu yolla biz düşmənə avtomatlardan belə atəş aça biləcəkdik. Bu dağı nəzarət altına götürsək, sərhədi özümüzdən uzaqlaşdıracaqdıq və düşmən Qafanı müşahidə edə bilməyəcəkdi . Sonrakı hədəf Zəngilana qədər irəliləmək idi”, - deyə erməni general qeyd edib.
Manukyan Xaçaturovu Qafan əməliyyatına rəhbər təyin edib.

"Mənim vəzifəm Qafan istiqamətindən Zəngilana hücum etmək idi, biz buna 15 gün ərzində hazırlaşdıq. Noyabrın 25-26-sı gəldim və bir sıra tədbirlər keçirdim. Əvvəlcə düşmənin iki batalyonunun yerləşdiyi məntəqəni almalı idik. Ora Zəngilandan 6-7 km aralıda yerləşirdi. Düşmən bu məntəqədən bütün massivə nəzarət edirdi. Döyüşdən öncə 300 könüllüdən ibarət batalyon yığdım. Biz ciddi şəkildə hazırlaşırdıq, hər şeyi gizli edirdik, düşmən heç nədən şübhələnmirdi.

Kəşfiyyat çox gizli şəkildə aparılırdı, bizim onların dörd mövqeyini yaxın məsafədən gecə və gündüz izlədiyimizi hiss etmirdilər. Onların bizi gözləmədiyini anladıq və dekabrın 10-da hücum etmək qərarına gəldik. Əməliyyata sübh tezdən saat 6-da başladıq”, – deyə Xaçaturov bildirib.
Onun sözlərinə görə, əvvəlcə düşmən mövqelərinə yaxın olanlar hücuma keçib:

"Təsəvvür edin , 20 əsgər eyni vaxtda qumbara atdı. Onlar bizim kəşfiyyatçılar idi. Sonra piyadalar hücuma keçdi. Biz o məntəqəni ələ keçirə bildik. Daha sonra Zəngilana doğru irəliləmək lazım idi. Ancaq mən tutduğumuz strateji mövqelərdə də əsgər saxlamalı idim. Bu səbəbdən Zəngilana hücum üçün az sayda əsgər qaldı. Zəngilana hələ ki hücum etməmək qərarı aldım ki, bu anda faciə baş verdi. İrəlidə hərəkət edən yeddi nəfər kəşfiyyatçının radiostansiyası xarab olmuşdu və mən onlara bu barədə xəbərdarlıq göndərə bilmədim. Bəlkə də 100 dəfə onlarla əlaqə yaratmağa cəhd etdim. Başda "Mikrob” ləqəbli kəşfiyyat rəisi olmaqla, onların hamısı öldürülmüşdü”, - deyə erməni general davam edib.

O deyib ki, Qafan əməliyyatı uğursuz olardısa, nə Ağdam, nə Zəngilan, nə də Cəbrayılı ələ keçirmək mümkün olacaqdı.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol