Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Eqils Levitslə görüşüb.
Anews.az APA-ya istinadla xəbər verir ki, görüşdə "Şərq Tərəfdaşlığı" siyasəti, Latviya və Azərbaycan arasında qarşılıqlı əlaqələr, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq və dünyada baş verən siyasi hadisələr müzakirə olunub.
E. Məmmədyarov Latviya Prezidentinə Azərbaycana səfər etməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























