• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident İlham Əliyev: “Qarabağ münaqişəsi həddən artıq uzanıb” - YENİLƏNİB+ VİDEO

Prezident İlham Əliyev: “Qarabağ münaqişəsi həddən artıq uzanıb” - YENİLƏNİB+ VİDEO
09.08.2014 18:55

Bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısını salamlayaraq bunları deyib: “Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik”. Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyaya yenidən səfər etməkdən məmnun olduğunu bildirib: “Sizinlə yenidən görüşmək, münasibətlərimizin çox geniş gündəliyini müzakirə etmək imkanına görə şadam.Qeyd etdiyiniz kimi, bizim münasibətlərin çox pozitiv dinamikası – çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri ehtiva edir – həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik. Dəvətə və qonaqpərvərliyə görə bir daha sağ olun”. (azertag.com)ANN.Az

***

18:12

“Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunur”

“Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”. APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə bu gün keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. Azərbaycanın dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu bildirib. Prezident, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunduğunu qeyd edib: “Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda stabilli məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik”. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş bu gün Rusiyanın Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında baş tutub.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol