• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..

Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?..
16.12.2019 12:28
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Ancaq V çağırış Milli Məclisin üzvləri arasında həm deputat statusuna, həm də ödənişli vəzifəyə sahib olan şəxslər var.

Məsələn, V çağırış Milli Məclisdə 24 saylı Nizami birinci seçki dairəsinin deputatı Rövnəq Abdullayev həm də Dövlət Neft Şirkətinin (SOCAR) prezidentidir.
121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə V çağırış Milli Məclisin üzvü olmaqla yanaşı, həm də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsini tutur.

"Konstitutsiya Araşdırmaları” Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə Modern.az-a danışıb. O bildirib ki,  Azərbaycan Respublikası Konstitusiyası Milli Məclisin deputatlarına bəzi vəzifələri tutmağı qadağan edir:

"Deputatlar sahibkarlıq fəaliyyətilə məşğul ola bilməzlər. Həmçinin, deputatın icra qurumlarında, məhkəmə orqanlarında çalışması da qanunla qadağandır. Milli Məclis qanunverici hakimiyyətin bir qoludur. Yalnız Milli Məclisin deputatının fəaliyyəti qanunvericiliklə əhatə olunmalıdır. Bu və ya digər komissiyaların üzvü ola bilər. Sadəcə, bu, ödənişli vəzifə olmamalıdır.  Milli Məclisin deputatı hər hansı ödənişli vəzifə tuta bilməz. Deputatın əmək haqqı  Milli Məclisdən aldığı məvaciblə məhdudlaşmalıdır”.

Hüquqşünasın sözlərinə görə, namizədliyini irəli sürən şəxs bu barədə məlumatlı olur:

"Hər kəs deputatlığa namizədliyini irəli sürəndə digər ödənişli vəzifəni tutmaması ilə bağlı öhdəlik götürür. Bu Seçki Məcəlləsində təsbit olunmuş haldır. "Əgər mən deputat seçiləcəmsə, həmin vəzifədən imtina edəcəm” deməkdir. Hakimiyyətin bölgüsünə görə, icra hakimiyyətində, məhkəmədə çalışan şəxs Milli Məclisdə çalışa bilməz. Dünyada da belə yanaşma mövcuddur ki, hakimiyyətin bölgüsü varsa, burada hər şey aydın olmalıdır. Hər kəsin hansı hakimiyyətdə təmsil olunması  ilə məhdudlaşmalıdır”.

Əliməmməd Nuriyev Milli Məclisdə zaman-zaman ödənişli vəzifə tutan şəxslərin deputat kimi fəaliyyətini də istisna etməyib:

"Azərbaycan Milli Məclisində müxtəlif zamanlarda müxtəlif qurumlarda çalışan şəxslər olub. Hesab edirəm ki, bununla bağlı Konstitusiya Məhkəməsinin aydın bir şərhi olmalıdır. Bir çox şeylər aydındır. Düşünürəm ki, Konstitusiya Məhkəməsi bununla bağlı da şərh verməlidir. Bu zaman həmin məsələlərə də son qoyular. Vəzifədə olan şəxs  deputatlıq fəaliyyətindən imtina etməlidir. Təəssüf ki, bizdə "Maraqların toqquşması haqqında” qanun qəbul edilməyib. Qanunvericiliyin indiki tələblərinə görə, Milli Məclisdə vəzifə tutan deputat mandatdan imtina etməlidir. Vəzifəli şəxsin deputat kimi fəaliyyət göstərməsi yolverilməzdir. Bu, artıq maraqların toqquşması deməkdir. Hakimiyyət budaqlarının qarışması, hakimiyyət bölgüsü prinsipinin pozulmasıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol