Söyüş səyən bloger Bakıya gətirildi: onu nə gözləyir?

Novella Cəfəroğlu: "Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm...”
Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltiham oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Eyni zamanda, Azərbaycanın Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, 39 yaşlı Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. E. İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, bu ilin yay aylarında Petro-Slavyankada yerləşən evinin yaxınlığında saxlanılmışdı. Ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülmüşdü.
"E.İsayev Rusiya Federasiyasının vətəndaşlığına qəbul haqqında bəyanatla lazımi qaydada Rusiyanın ərazisindəki səlahiyyətli orqanlara və bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməyib. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə E.İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərar çıxarır ki, Azərbaycan vətəndaşı E.İsayev Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların ölkədə qalma rejimini kobud şəkildə pozub”, - deyə məhkəmənin qətnaməsində bildirilib.
Hazırda Azərbaycanda saxlanılan Elvin İsayevi nə gözləyir?
Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirdi ki, Elvin İsayev məhkəmə qarşısına çıxarılacaq: "Miqrasiya məcəlləsinin tələblərini pozduğuna görə deportasiya edilib və buna görə də məsuliyyət daşıyacaq. Əgər hansısa kriminal fəaliyyəti, haradasa təhqir, böhtanla bağlı günahı yoxdursa, inzibati məsuliyyətə cəlb edilə bilər. Ancaq yayılan məlumata görə o, cinayət məsuliyyətinə cəlb edilib. Ancaq motivlər açıqlanmadığı üçün bir şey söyləmək çətindir. Söyüş söymək təhqir kateqoriyasına daxildir. Yəqin ki, buna görə də məsuliyyət daşıya bilər. Çünki hər bir vətəndaşı təhqir etmək yolverilməzdir”.

Bildirək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə bir şəxsi təhqir etməyin konkret cəzaları var. Belə ki, qeyd etdiyimiz maddədə aşağıdakılar bildirilib: "Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bəs cəza alacağı təqdirdə hüquq müdafiəçiləri Elvin İsayevi müdafiə edəcəkmi? "

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























