• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot…

Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot…
16.12.2019 13:41
Yola salmaqda olduğumuz 2019-cu il həm də bir çox tanınmış şəxslərin dünyasını dəyişməsi ilə yadda qaldı. Modern.az saytı 2019-cu ildə vəfat edən tanınmışların siyahısını təqdim edir:

Ceyran Nəriman - "Dünya” TV-nin gənc aparıcısı  2019-cu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Altay Hacıyev (1931) - Boyakar, xalq rəssamı  fevralın 12-də  87 yaşında dünyasını dəyişib.

Aydın Xırdalanlı (1977) – Meyxanaçı, şair, qəzəlxan güclü soyuqdəymə səbəbi ilə martın 23-də 42 yaşında dünyasını dəyişib.
Məleykə Ağazadə (1929) -  Aktirsa aprel ayının 24-də 90 yaşında dünyasını dəyişib. O, "Ulduz" filmindəki "Nazik" obrazı ilə tamaşaçılara tanış idi.

Natəvan Hacıyeva (1942) – AzTV-nin aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti bir neçə ay sürən xərçəng xəstəliyi səbəbindın 1 may tarixində  vəfat edib.

Arif Məlikov (1933) - Bəstəkar və rəssam, Əməkdar İncəsənət Xadimi, Xalq artisti, professor, Dövlət Mükafatı laureate üzvü uzun sürən xəstəlikdən sonra may 9-da evində dünyasını dəyişib.

Nağəddin Məmmədov (1967) - Əməkdar artist, Gəncə Dövlət Kukla Teatrının aktyoru uzun sürəm xəstəlikdən sonra mayın 22-i dünyasını dəyişib.

Şirməmməd Hüseynov (1924) - Görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru 24 iyun tarixində dünyasını dəyişib. M.Ə.Rəsulzadə irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.


İbrahim Emin (1963) - Bəstəkar və rok ifaçısı, "Yuxu” və "Sirr” qruplarının yaradıcısı İbrahim Emin 2 iyulda doğulduğu Sumqayıt şəhərində dünyasını dəyişib

Elmira Hidayətova (1957) - Dövlət Akademik Musiqili Teatrının aktrisası 15 iyulda 62 yaşında dünyasını dəyişib. O, "O olmasın, bu olsun”, "Hələlik”, "Bankir adaxlı”, "Səhnədə məhəbbət”, "Məhəbbət oyunu”, "Qırmızı papaq”, "Şən dul qadın”, "Əlin cibində olsun” və digər məşhur tamaşalarda çıxış edib.

Rəşad Atakişiyev (1985) - Hərbi Hava Qüvvələrinin "MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verən qəzada dünyasını dəyişib.

Tahir Tahirov (1948) - Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü 2019-cu il sentyabr ayının 12-də 72 yaşında vəfat edib.

Vurğun Əyyub (1957) - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri 24 sentyabr tarixində dünyasını dəyişib.

Vasim Məmmədəliyev (1942)-  Şərqşünas alim, akademik, "Qurani-Kərim"in Azərbaycan dilinə tərcüməçisi 13 oktyabrda vəfat edib.

Firudin Səməndərov (1939) - Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor 24 oktyabr tarixində dünyadan köçüb.

Tamilla Şahbazova (1946) - Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşklatının Qadınlar Şurasının sədri 26 oktyabrda vəfat edib. T.Şahbazova Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor müavini və baş həkimi olub.

Şamxal Rüstəm (1952) - tanınmış şair 14 noyabrda dünyasını dəyişib.

Yevda Abramov (1948) - V çağırış Milli Məclisin deputatı 6 dekabr tarixində vəfat edib.

Qorxmaz Atakişiyev (1940) - "Uşaqlığın son gecəsi” filmində Zaur rolunu oynamış aktyor 13 dekabrda yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol