Vilayət Eyvazovdan ciddi TAPŞIRIQ

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov nazir postuna təyinatından sonra bir sıra islahatyönümlü qərarlar imzalayıb. Bu vəzifəni icra etdiyi altı ay ərzində həyata keçirdiyi kadr təyinatları, vətəndaşların şəxsiyyət vəsiqələrini ölkənin istənilən yerindən ala bilməsi, "102” xidmətinə müraciət edən şəxslərin polis idarələrinə çağırılmadan izahatların alınması və avtomobillərə vurulan "plyonka” ilə bağlı qanunvericiliyə dəyişiklik edilənədək məhdudiyyətin aradan götürülməsi barədə əmrləri əhali arasında müsbət mənada ictimai müzakirəyə səbəb olub.
Bu dəfə nazir polis işçilərinin məzuniyyət və istirahət hüquqlarının daha da yaxşılaşdırılması ilə bağlı göstəriş verib.
Vilayət Eyvazov araşdırmanın bu nəticəsini əsas tutaraq nazirlikdə vəzifə tutan rəhbər şəxslərdən tələb edib ki, hər bir əməkdaşın həftə ərzində bir gün istirahət etməsi üçün lazımi şərait yaradılsın. Əməkdaşların məzuniyyət hüququndan istifadə etməsinə həssaslıqla yanaşılmasını və məzuniyyət günlərinin ədalət və növbəlilik prinsipləri əsasında bölünməsini tapşırıb.
General-polkovnik V.Eyvazovun göstərişində qeyd olunub ki, dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, müstəntiq və təhqiqatçıların təlimatlandırmalara və prosessual fəaliyyət ilə bağlı olmayan digər tədbirlərə cəlb edilməsinə yol verilməsin.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























