• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən magistraturaya qəbula bağlı MÜHÜM AÇIQLAMA

Nazirdən magistraturaya qəbula bağlı MÜHÜM AÇIQLAMA
16.12.2019 17:43
Magistraturaya qəbulla əlaqədar hazırlanan təkliflər artıq yekun razılaşdırma mərhələsindədir.
 
Anews.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.Onun sözlərinə görə, magistraturaya qəbulla əlaqədar Təhsil Nazirliyi ölkənin bütün aidiyyəti təhsil müəssisələri və digər qurumlarla müzakirələr aparıb:

"Bu müzakirələr, demək olar ki, yekunlaşıb. Nazirlər Kabinetinə təqdim olunacaq qərar layihəsi artıq yekun razılaşdırma mərhələsindədir.
Bu qərar qəbul olunduqdan sonra bir sıra yaradıcılıq, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, magistraturaya qəbul qaydalarının birmərhələli həyata keçirilməsi, bununla da magistraturaya qəbul olunan tələbələrin daha asanlıqla təhsilin növbəti pilləsinə daxil olması təmin ediləcək. Fikrimcə, Azərbaycan təhsil sistemi bu dəyişikliyin müsbət nəticələrini növbəti illərdə görəcək”.

"Bir neçə il öncə magistratura pilləsində oxuyan tələbələrə möhlət hüququnun verilməsi nəticəsində təhsilin bu pilləsinə qəbul olunan oğlanların sayında əhəmiyyətli artıma nail olunub. Bunun nəticəsi olaraq, bakalavr pilləsində qızlarla oğlanlar arasında olan gender bərabərliyi magistratura səviyyəsində tam bərqərar olmasa da, xeyli müsbət dəyişiklik baş verib”, - deyə nazir qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol