• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial xidmətlərlə bağlı YENİLİK

Sosial xidmətlərlə bağlı YENİLİK
17.12.2019 16:54
Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar formada göstərilməsini təkmilləşdirmək və yeni modelin tətbiqinə başlamağı planlaşdırırıq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əksər bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir:

"Təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb.

Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda, sosial infrastrukturu da gücləndirək” .
A.Kərimov qeyd edib ki, sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaş var:

"Düşünürük ki, bir çox xidmətlərimiz özündə səyyar xidmətləri ehtiva edir. Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər oldu. Bu ilin əvvəlində 14 növ müavinət, yeddi növ prezident təqaüdü artırıldı.

Əgər bu günə qədər bunun maliyyə yükü 400 milyon manata yaxın idisə, gələn ildən bunun maliyyə yükü iki dəfə artırılacaq və 800 milyon manata çatdırılacaq. Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı tapşırıq verib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol