• $
  • €
  • ₽
  • ₺
  • £

Meriyanın şöbə müdiri idarə rəisi təyin edilib

Meriyanın şöbə müdiri idarə rəisi təyin edilib
17.12.2019 20:12
Bakı Şəhər İcra Hakimiyyəti (BŞIH) başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz İmaməliyev vəzifəsindən azad edilib.

A. İmaməliyev BŞİH tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin vəzifələri sırasına Bakı şəhəri ərazisində yeni yaradılmış mənzil-tikinti kooperativləri haqqında məlumatların toplanılması, istismarda olan mənzil-tikinti kooperativlər tərəfindən təqdim edilmiş sənədlərə əsasən mənzillərin və pay haqlarının addan-ada keçirilməsinə dair sərəncamların verilməsi, Mənzil-Tikinti Kooperativinin idarə heyəti sədrlərinin, kooperativ binalarda, yaşayan sakinlərin idarə rəhbərliyi və əməkdaşları tərəfindən qəbulun həyata keçirilməsi, Mənzil-Tikinti Kooperativini qeydiyyata alınması, Bakı Şəhər İcra Hakimiyyətinə və digər yuxarı təşkilatlara Mənzil-Tikinti Kooperativinə məxsus binaların istismar məsələləri ilə bağlı tələb edilən məlumatların və arayışların verilməsi, Mənzil-Tikinti Kooperativlərin binaları payçılardan toplanan istismar və kommunal haqlarının hesablanması qaydaları barədə müraciət olduqda onlara müvafiq qaydada izahatların verilməsi, Mənzil-Tikinti Kooperativlərdən daxil olan ərizə və şikayətlərin araşdırılması və tədbir görülməsi daxildir.

Xatırladaq ki, A. İmaməliyev isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri, Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri olub, keçən ilin sentyabrında isə BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. (APA)
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol