• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikalı həmsədrdən maraqlı Qarabağ AÇIQLAMASI

Amerikalı həmsədrdən maraqlı Qarabağ AÇIQLAMASI
09.08.2014 12:15
“Regionda baş verən toqquşmalar göstərir ki, münaqişə (Dağlıq Qarabağ) artıq dondurulmuş deyil”. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib: “Bu münaqişədə öldürülən və ya yaralanan əsgərlərin ailələrinə izah etməyə çalışın ki, münaqişə dondurulmuşdur. Hazırki situasiya bizi son dərəcə narahat edir və şübhəsiz ki, bunu yumşaltmaq üçün təcili olaraq addımlar atılmalıdır. İlk addım prezidentlərin Soçidəki mümkün görüşüdür və ümid edirik ki, bu görüş erməni-azərbaycan sərhəddindəki toqquşmaları, təxribatyönlü bəyanatları dayandırmağa yardım edəcək”. Həmsədr bildirib ki, hər iki ölkə prezidenti ilə danışıqlardan belə nəticəyə gəlib ki, tərəflər münaqişənin dinc yolla həlinin tərəfdarlarıdır: “Tərəflərdən heç biri digərinin gözündə zəif görünməməyə çalışır. Lakin biz bir şeydən əminik: müharibə deyil, sülh danışıqları lazımdır. Rusiyanın Azərbaycana silah satışını həyata keçirməsi və son görüşdə vasitəçilik etməsini nəzərə alaraq onun bu məsələdə hansı gizli məqsədləri ola bilər sualını cavablandıran həmsədr qeyd edib ki, Rusiyanın öz sərhədlərində böyük problemləri var və yeni toqquşmaların yaranmasında maraqlı ola bilməz: “Rusiya istənilən ölkə ilə ticari əlaqələri qurmaq haqqına sahibdir”. Ukrayna, Suriya və İraqdakı çətin situasiyanı nəzərə alsaq, Qarabağ konflikti Amerika xarici siyasətinin prioritet məsələsinə çevrilə bilərmi sualına cavab olaraq Ceyms Uorlik bildirib ki, dünyanın istənilən bucağındakı çətin durum ABŞ-ın narahatlığı üçün əsas ola bilər : “Dağlıq Qarabağ münaqişəsi Avropa üçün qara ləkədir və bu səbəbdən ABŞ tərəfləri razı salacaq konfliktin həll yolu məsələsində çox maraqlıdır”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol