• $
  • €
  • ₽
  • ₺
  • £

İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevanı ələ saldı - FOTO

İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevanı ələ saldı - FOTO
19.12.2019 17:54
İngiltərənin məşhur "The Guardian” qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi "Christmas quiz” başlıqlı sorğunu aparıb.

Sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib.

Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.

Belə ki, nəşr 56 yaşlı Hacıyevanın fotosunu paylaşaraq ironik şəkildə "Həbsdə olan azərbaycanlı bankirin həyat yoldaşı Zamira Hacıyeva xərcləmə vərdişinə dair polis araşdırmasına görə, "Harrod”da sendviçlərə nə qədər pul xərcləyib?” sualını ünvanlayıb. Üç bənddən ibarət isə (320, 32 000, 332 000 funt sterlinq) cavab haqqı verilib.Məlum olduğu kimi, Z. Hacıyeva 10 ildən artıq müddət ərzində bir çoxu həyat yoldaşının bankına aid olan 54 kredit kartından istifadə edərək, "Harrods” mağazasından 16 milyon funt sterlinqlik alış-veriş edib.

Hacıyevanın işlətdiyi çeklərə əsasən müəyyənləşib ki, o, mütəmadi olaraq dizayner Tom Diksonun bahalı sendviç kafesinə baş çəkib. Maraqlısı odur ki, hazırda fəaliyyət göstərməyən bu kafedə qızardılmış donuz əti və cips ilə hazırlanmış bir sendviçin qiyməti 13,90 sterlinq təşkil etsə də, Hacıyeva bu məkanda 738 334 manat (332 min sterlinq) xərcləməyə müvəffəq olub. (qafqazinfo)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol