• $
  • €
  • ₽
  • ₺
  • £

Sensasion tutulma: Ceyrançöl torpaqları icra başçısı ilə ağır zarafat etdi

Sensasion tutulma: Ceyrançöl torpaqları icra başçısı ilə ağır zarafat etdi
19.12.2019 18:00
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və onun birinci müavini Tatarov Ramiz Cahangir oğlu dekabrın 18-də axşam saatlarında xüsusi xidmət orqanları əməkdaşları tərəfindən külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələr informasiya verib.
Məmurlar başlarına torba salınaraq həmin gecə Bakıya gətiriliblər. Hazırda saxlanılan şəxslər ətrafında araşdırmalar aparılır. Hələlik Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən icra başçısı və onun müavinin saxlanmasına münasibət bildirilməyib. Baş Prokurorluq da susur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a bildirib ki, göstərilən şəxslərlə bağlı informasiyaya malik deyil.
Lakin, ilkin məlumatlara görə, hüquq-mühafizə orqanlarında rüşvət alarkən cinayət məsuliyyətinə cəlb edildikləri iddia edilən N.Quliyev və R.Tatarova qarşı kifayət qədər sübut var.

Bəzi məlumatlara görə, Nizaməddin Quliyev hələ 10 ilə yaxın rəhbərlik etdiyi Goranboy rayonunun rəhbəri olarkən böyük rüşvətxor və tamahkar kimi tanınıb.

Ramiz Tatarova gəldikdə, Ağstafa rayonunun asayiş keşikçiləri üç il əvvəl icra hakimiyyətindən külli miqdarda vəsaitin oğurlanması ilə bağlı hadisəni yaxşı xatırlayırlar.

O zaman R.Tatarov mühafizə rəisini və onun işçilərini səhlənkarlıqda ittiham edərək büdcə vəsaitlərinin oğurlanmasının onların günahı olduğunu bildirdi. Bununla əlaqədar olaraq polis əməkdaşları işdən qovuldu. Lakin R.Tatarovun bu oğurluqda iştirak edə biləcəyini ehtimal etmək üçün əsaslar var.

Əldə edilən məlumata görə, N.Quliyevin tutulması həm də 2017-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin və NATO-nun Dəstək və Təchizat Agentliyinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun "Ceyrançöl” layihəsi çərçivəsində təmizlənmiş torpaq sahələri ilə əlaqədardır.

İcra hakimiyyətinin rəhbəri şəxsi maraqları naminə bu ərazilərdən istifadə etmək istədiklərini bildirən sahibkarlara əngəl törədib. Bu barədə məlumat hakimiyyətin ən yüksək eşelonlarının nümayəndələrinə çatıb.

Mənbələr qeyd edir ki, istintaq orqanları hazırda son 10 il ərzində Goranboy Rayon İcra Hakimiyyətindəki kargüzarlıq işlərini yoxlayırlar.
Qeyd edək ki, N.Quliyevin bir oğlu - Ramin Quliyev Nərimanov rayonu məhkəməsinin hakimi, digəri isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vəzifə sahibidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol