• $
  • €
  • ₽
  • ₺
  • £

“Ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək” - Proqnoz

“Ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək” - Proqnoz
21.12.2019 12:59
2020-ci il artıq qapının astanasındadır. Odur ki, hansı heyvanın ilin sahibi olacağını və bu dəyişikliklərin hər birimizə nə vəd edəcəyini öyrənməyin vaxtıdır.

"Yeni Sabah”  xəbər verir ki, Şərq təqviminə görə, yeni il Ağ Metal Siçan üzərində təhvil olacaq.

Tanınmış astroloq Səbuhi Rəhimli qarşıdan gələn siçan  ili ilə bağlı gözləntilərini və proqnozunu yenisabah.az-a açıqlayıb.
Astroloq siçan ilinin hava və torpaq ünsürlü bürclərə daha çox şans gətirəcəyini bildirib:

"Hər ilin öz aparıcı planeti olur, 2020 siçan ilinin də  aparıcı planeti Saturndur.  Saturnun himayəsində isə dolça və oğlaq bürcüdür. Siçan ilində adətən  iki bürc aparıcı olacaq. Dolça və oğlaq da bu ilin komandan bürcləri sayılır. 

Bu bürclərdən biri hava ünsürlüdür, (Dolça) digəri isə torpaq ünsürlü. (Oğlaq)  Bu da ona  sirayət edir ki, torpaq və hava   ünsürlü bürclər (Buğa, Qız, Oğlaq,  Əkizlər, Tərəzi, Dolça) digərlərinə nəzərən daha şanslı və enerjili olacaqlar. 

Hər ilin qoroskopuna görə də "Dostluq üçbucağı”  deyilən üç il var. Hər ilin özündən başqa iki dostu olur. Siçan ilinin  dostları isə meymun və əjdahadır. Bu ilin aparıcı  zodiak illəri arasında isə bu üç il şanslıdır”. Astroloq Siçan ilində  Azərbaycan siyasətində gözlənilən hadisələri də açıqlayıb:

"2020-ci ildə ən azı 20 icra başçısı birdəfəlik öz vəzifəsini itirəcək. Onlar üçün yerdəyişmə olmayacaq, birbaşa vəzifələrini itirəcəklər”. 
S.Rəhimli siçan ilinin Azərbaycan iqtisadiyyatına da müsbət təsir edəcəyini bildirib:

"Siçovul ili tərəqqi, iqtisadi inkişaf, bolluq üçün uğurlu illərdəndir. İllər arasında qoyun, pişik və siçan ili bərəkətli illərdir. Siçan ili ruzinin bol olacağı illərdən sayılır. Bu da iqtisadiyyata müsbət təsirini göstərəcək. Statistikaya görə bu il meyvə-tərəvəzin bol olması ilə səciyyələndirilir”.
Əsmətxanım

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol