• $
  • €
  • ₽
  • ₺
  • £

Məmmədəmin Rəsulzadənin daha bir əsəri işıq üzü gördü

Məmmədəmin Rəsulzadənin daha bir əsəri işıq üzü gördü
25.12.2019 11:43
Azərbaycan türklərinin milli dövlətçiliyinin banisi M.Ə. Rəsulzadənin gələn ilin martında  qeyd olunacaq vəfatının 65 illiyi ilə əlaqədar KitabKlubu nəşriyyatında onun 1930-cu ildə Parisdə rus dilində Qafqaz İstiqlal Komitəsi tərəfindən çap olunmuş "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” («О пантуранизме. В связи с кавказской проблемой») kitabının faksimilesi və Azərbaycan dilində tərcüməsi işıq üzü görmüşdür.

Məlumdur ki, M.Ə. Rəsulzadənin bu kitabı Zarevandın (Zaven və Vartui Nalbandyanlar) Anadolu və Azərbaycan türklərinin ünvanına böhtanlarla dolu "Türkiyə və panturizm” (Турция и пантуранизм) adlı cızma-qarasına cavab olaraq qələmə alınmışdır. M.Ə. Rəsulzadə bu əsərində konkret faktlarla Zarevandın "arqumentlər”ini təkzib edir. Son illərdə Zarevandın bu cızma-qarasının Rusiyya, İran və hətta Türkiyədə kütləvi tirajla çap olunması, M.Ə. Rəsulzadənin "Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabının nəşrini daha da aktuallaşdırır.

Kitabda M.Ə. Rəsulzadənin iki məqaləsi – "Rusiyanın köləliyində” və "Nə "peyin”, nə də "material”, eləcə də onun 1930-cu ilin martında Qafqaz, Ukrayna və Türküstan siyasi mühacirləri qarşısında etdiyi məruzənin mətni yer alıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol