• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistanın təklifinə münasibət bildirib

Prezidentin köməkçisi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistanın təklifinə münasibət bildirib
27.12.2019 20:10
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir...
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir. Burada xüsusilə, əsir və girovlar, itkin düşmüş şəxslər kimi məqamlar çox vacib xarakter daşıyır. Bu, insan amilinə dayanır".
 
İnterAz xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan ərazilərində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ailə üzvlərinin ziyarət etməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.
 
H.Hacıyev xatırladıb ki, əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi təklifi Azərbaycanın yüksək humanizminin bilavasitə göstəricisi və konstruktiv movqeyinin təcəssümü olaraq Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının 2018-ci ilin dekabrında Sankt-Peterburqda keçirilmiş qeyri-formal zirvə toplantısında səsləndirilib: "O zaman Ermənistanın baş naziri Nikol Paşinyanla belə bir söhbət olmuşdu və söhbət əsnasında dövlətimizin başçısı tərəfindən Azərbaycanın "hamının hamıya" prinsipi əsasında bu məsələnin həll olunmasının tərəfdarı olduğu bildirilmişdi. Həmin sammitdən sonra da ictimaiyyətə verilən açıqlamalarda bu məqam öz əksini tapıb. Amma buna qarşı kim çıxış etdi? Məhz Ermənistan Respublikası. Onlar humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirdilər və "hamının hamıya" prinsipindən kənar çıxış etdilər. İl ərzində bu mövzu davamlı şəkildə qaldırılırdı ki, bu, təmin olunmalıdır. Bunun təmin olunmasının əksinə çıxış edərək Ermənistan tərəfi yalnız ailə üzvlərinin səfəri kimi absurd məsələni ortaya atıb. Düşünürük ki, bu da müəyyən siyasi möhtəkirlik elementidir". 
 
"Burada bir təhlükəsizlik, həssaslıq elementi var. Yəni məsələyə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz soydaşlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin çətinliklərini, iztirablarını tam şəkildə başa düşürük", - deyə Prezidentin köməkçisi əlavə edib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol