Müdafiə naziri orduya VACİB TAPŞIRIQ VERDİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü” keçirilir.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
"Açıq qapı günü” çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























