Rusiya hökumətindən Azərbaycana uçuş qadağası

Rəsmi Moskva Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə bir sıra ölkələrə tranzit reyslərini qadağan edib.APA-ın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev açıqlama verib. “Rusiya Ukrayna aviaşirkətlərinin Rusiya Federasiyası hava məkanı vasitəsilə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırır”, - deyə o, hökumətin iclasında bildirib. Qeyd edək ki, hazırda Avropa şirkətlərinin Rusiya ərazisi üzərindən Asiya ölkələrinə uçuşunu məhdudlaşdırmaq məsələsi də Kremldə müzakirə olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























