• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan viza rejimini sadələşdirdi - ŞAD XƏBƏR

Azərbaycan viza rejimini sadələşdirdi - ŞAD XƏBƏR
06.08.2014 20:28
Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (30 gün müddətinə) tətbiq edilməsi haqqında razılığa gəliblər. ANS PRESS-in məlumatına görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları nazir Mahmud Vaezi avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarını şərh edərkən bildirib. Vizanın qiyməti 10 avrodur. Viza Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində, Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Bu qərar hökumətlərarası iclasın yekunu üzrə imzalanmış protokolda da öz əksini tapıb.Milli Məclis 2012-ci ildə "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" memorandumu ləğv edib. Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.Nazir deyib ki, bu memorandum İranın Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycan sərhədyanı vilayətlərinin vətəndaşlarının sərbəst hərətinə xidmət edib: "Bu da öz növbəsində Azərbaycan və İranın sərhədyanı rayonlarında turizmin, iqtisadi münasibətlərin inkişafına kömək edib. Biz Azərbaycana bu memorandumun fəaliyyətini bərpa etməyi və ya İran vətəndaşlarının Azərbaycana girişi üçün viza rejimini ləğv etməyi təklif etmişik. Azərbaycan tərəfi ilkin mərhələdə Naxçıvana gəlmək üçün birdəfəlik vizanın tətbiqinin razılığını verib, gələcəkdə bu, sadələşdirilmiş giriş qaydasının Azərbaycanın qalan ərazisinə şamil edilməsi imkanı istisna olunmur".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol