• $
  • €
  • ₽
  • ₺
  • £

Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı – Sərəncam imzalandı

Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı – Sərəncam imzalandı
29.05.2020 08:53
İranda general Qasım Süleymaninin ABŞ-ın xüsusi əməliyyatının nəticəsində qətlə yetirildiyi tarixi, yəni yanvarın 3-ü "Beynəlxalq Müqavimət Günü” elan edildi.

Bu barədə İranın IRNA agentliyi xəbər yayıb.

Məlumata əsasən, yanvarın 3-də qeyd ediləcək "Beynəlxalq Müqavimət Günü”nün (World Day of Resistance) təqvimə salınması haqqında sərəncamı İran prezidenti Həsən Ruhani imzalayıb.

Bildirilir ki, həmçinin general Süleymaninin adını daşıyacaq, "Qurbanların Xatirəsi"nə beynəlxalq mükafatı (World Sacrifice Award) da təsis edilib.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.
 
Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zənbələri endirilmişdi.(oxu.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol