Prezident İlham Əliyev Ağdamda açılış etdi

Cəbhəyani bölgələrdə səfər edən Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdamda olub.
Rayon İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, dövlət başçısı Ağdamın İmamqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün salınan 632 mənzilli yeni qəsəbənin açılışını edib.
Ölkə başçısı dövlət vəsaiti hesabına tikilən yeni qəsəbədə məcburi köçkünlərimiz üçün yaradılan şəraitlə tanış olub.
Azərbaycanın Ali Baş Komandanı Ağdamda hərbi hissələrin birində zabit və gizir heyəti ilə də görüşlər keçirib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























