• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimovdan Hadi Rəcəbliyə daha bir SƏRT CAVAB

Mübariz Mənsimovdan Hadi Rəcəbliyə daha bir SƏRT CAVAB
20.01.2020 13:02
"Palmali Şirkətlər Qrupu”nun rəhbəri Mübariz Mənsimov Hadi Rəcəblinin onun haqqında dediklərinə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, M.Mənsimov bu barədə sosial şəbəkədə yazıb.

O, mətbuatda H.Rəcəblinin onun şərhinə münasibətini gördüyünü qeyd edib:

"O, Lənkaran rayonun Veravul kəndində doğulub və bəlkə də, mənə qohumluğu da çatır. Bir insan kimi ona hörmətim var. Amma millət vəkili kimi bu vəzifəyə uyğun deyil. Madam ki, seçkilər demokratikdir, bir azərbaycanlı olaraq fikrimi bildirmək istərdim. Hadi bəy 24 ildir deputatdır. Amma seçicilərinə bir xeyri dəymədi, əksinə, maaşlar, pensiyalar və uşaq pulları ilə bağlı yersiz bəyanatları ilə yadda qaldı. Deyir ki, namizədliyini YAP irəli sürüb. Lap yaxşı. Lakin əvvəllər də hakim partiyanın Lənkərandan və ümumiyyətlə, cənub rayonlardan seçilən millət vəkillərinin insanlara heç bir xeyri dəyməyib və onlar yalnız öz mənafelərini güdüblər. Bir dəfə də olsun seçicilərin yanında olmadılar. İndi isə səs üçün qapı-qapı gəzirlər. Sözüm odur ki, demokratik seçkilərdə şansları "0”a bərabərdir. Türkiyə vətəndaşı olsam da, bir çox bağlarla vətənimə bağlıyam. Ona görə bütün prosesləri izləyirəm. Hadi bəy hakim partiyaya arxalanaraq yazır ki, məni partiya seçib. Deyim bilin, mən (Milliyətçi Hərəkat Partiyası) MHP-nin üzvüyəm amma Rəcəp Tayyib Ərdoğanla münasibətimiz əladır. Mənim böyük qardaşımdır, hörmətim hədsizdir. Amma mən AKP yox, MHP-çiyəm. Bunu da açıqca bəyan edirəm. Milliyyətçiyəm. Ruhum, baxışım budur. Mən partiyanı hansısa insana görə seçmirəm. YAP da, AKP də hakim partiya ola bilərlər. Heç kim və heç bir qurum ideal deyil, o cümlədən kimisə partiya seçirsə, bu onun müqəddəs elan edilməsi anlamına gəlmir. Əgər kimsə müqəddəs, dəyişdirilməsi qadağan olunan olsaydı, 2019-cu ildə ölkədə bu qədər istefalara şahid olmazdıq. Sözümü siyasiləşdirməyin. Demokratik seçkidən xalq, dövlət, ölkə yalnız qazanacaqlar. Fuad Abbasov, Qənira Paşayeva, ziyalılar, aydınlar, gənclər, adlarını çəkmədiyim çoxlu sayda dəyərli namizədlər var. Şans verin, onların xalqa xidmətlərini görək. Mən bir paylaşım edən kimi imkansız, əlacsız insanlar yazmağa başlayırlar. Ümid edirəm ki, seçkilərdən sonra vəziyyət dəyişəcək və onlar öz vəkillərinə yazıb real kömək alacaqlar. Deputat - "elçi göndərilmiş” deməkdir. Xalqınızın elçisi olun, məmurların yox. Xalqın cibinə girənləri, rüşvətxorları, harınlamış məmur övladlarını ifşa edib onların cəzalandırılmasına nail olun. O zaman əsil elçi olacaqsınız”.

Qeyd edək ki, Mübariz Mənsimov Hadi Rəcəbliyə "get tarlada işlə" demişdi.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol