• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”

"Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”
21.01.2020 14:48
"Azərbaycandan keçən nəqliyyat dəhlizləri regionun ən əhəmiyyətli dəhlizləridir”. 

Bu fikirləri Xəzər Həftəsi Təşkilat Komitəsinin sədri Murat Seitnepesov Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı bildirib.

O deyib ki,  "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması" İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində artıq 4-cü ildir keçirilir:
 
"Bu il platformamızda əsasən Böyük Xəzər regionunda nəqliyyat dəhlizləri müzakirə ediləcək. Bu məsələdə Azərbaycan və Gürcüstanın rolu olduqca böyükdür. İki dəhliz Azərbaycan və Gürcüstandan keçir ki, bunlar dünya bazarına Böyük Xəzər regionundan və eyni zamanda dünya bazarından bu regiona yüklərin nəqlini həyata keçirmək potensialı olan əsas dəhlizlərdir.
 
Bu il platformamızda müzakirə olunacaq əsas mövzulardan biri də Trans-Xəzər qaz kəməridir. Platformada Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya və digər ölkələrdən gələn ekspertlər iştirak edəcəklər. Onlar qeyri-rəsmi formada keçirilən müzakirələrdə öz rəy və fikirlərini, tövsiyə və təkliflərini verəcəklər”.

Murat Seitnepesov Böyük Xəzər regionunun dünya iqtisadiyyatının inkişafında aparıcı rol oynayan ərazi olduğunu bildirib:
 
"Böyük Xəzər regionu yalnız beş Xəzəryanı ölkəni əhatə etmir. Bura Xəzər və Qara dəniz ətrafında yerləşən ölkələr, Çindən başlayaraq Əfqanıstan, Pakistan, Türkiyə də daxildir. Bu region 500 milyon insanı, 5 milyon kvadrat kilometr ərazini əhatə edir.
 
Bu regionun iqtisadi əhəmiyyəti olduqca böyükdür. Böyük Xəzər regionu dünyada iqtisadi inkişaf naminə vacib nöqtələrdən biridir ki, belə nöqtələr heç də çox deyil. Biz inanırıq ki, bu region istər iqtisadi, istərsə də digər sahələri əhatə edən böyük potensiala malikdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol