• $
  • €
  • ₽
  • ₺
  • £

Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevlə bir arada - FOTOLAR

Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevlə bir arada - FOTOLAR
22.01.2020 15:55
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın Yüksək Texnologiyalar Parkına baxış keçirib, müəssisədə yaradılmış iş şəraiti ilə tanış olub.

Akademiyanın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə AMEA İşlər idarəsinin müdiri, YTP-nin direktoru, texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA rəhbərliyinə Yüksək Texnologiyalar Parkının xəritəsi əsasında ərazinin plan-sxemi üzrə ətraflı məlumat verib.
 
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış AMEA-nın Yüksək Texnologiyalar Parkında innovasiyayönümlü tədqiqat işlərinin istehsalatda yüksək texnologiyalarla tətbiqinə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Elton Məmmədov Azərbaycan Respublikası üçün strateji əhəmiyyət kəsb edən müdafiə və mülki xarakterli layihələr, tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalar üzərində tətbiqi və müxtəlif təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
 
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi yüksək texnologiyaların istehsalı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi və perspektivdə duran layihələrin həyata keçirilməsinə dair mövcud vəziyyətlə tanış edən YTP direktoru Parkda görülən işlər barədə ətraflı məlumat verib.

Son iki ay ərzində ərazidə aparılan tikinti-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən Parkın əvvəl və sonra dronla çəkilmiş vizual görüntüsü AMEA rəhbərliyinin diqqətinə təqdim edilib.

Sonra AMEA rəhbərliyi Xəzərətrafı regionda yeganə qaz laboratoriyası kimi neft və qaz məhsullarının analizi aparılan Elmi-analitik sınaq laboratoriyası ilə tanış olub. Buradakı elmi-tədqiqat işləri, beynəlxalq və yerli müəssisələrlə, həmçinin neft və qaz sektoruna aid elmi-tədqiqat institutları ilə bağlanmış müqavilələr barədə Akademiya prezidentinə geniş məlumat verilib.

Həmçinin Ölçmə vasitələrinin kalibrlənmə laboratoriyası, Təcrübə otağı, Təcrübə-sənaye zavodu və rezidentlərin iş şəraitinə baxış keçirilib, mülki, eləcə də müdafiə xarakterli istehsal sahələri və istehsal prosesləri ilə tanışlıq olub.

Laboratoriya müdirləri və istehsal müəssisələrinin rəhbərləri AMEA Rəyasət Heyətinin üzvlərinə gördükləri işlər barədə ətraflı məlumat veriblər.
Tədbir ərazidə son iki ayda aparılmış tikinti-quruculuq, yaşıllıq-abadlaşdırma işlərinə baxışla başa çatdırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol