• $
  • €
  • ₽
  • ₺
  • £

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
29.05.2020 04:41
"Onun ölüm xəbərini internetdə oxudum”.
Bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:"Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq. İnanırdım ki, Vəliəddin sağdır. Ümid edirdim, düşünürdüm ki, nə vaxtsa qapımızı döyəcək. Allahın qədəri belə oldu. Mən onu sağ gözləyərkən ölüm xəbərini aldım. Bir gün axşam evdə tək idim. İnternetdə nəsə axtarırdım. Birdən baxdım ki, naməlum şəhidlərin fotoları. Biri diqqətimi çəkdi, yaxınlaşdıranda baxdım ki, qonşumuz Tərlan. Vəliəddin də onunla getmişdi. Sonra birdən fotoların arasında Vəliəddini gördüm. O anda ev başıma yıxıldı. Axı mən onu bu müddətdə sağ bilirdim”.


Məlahət İbrahimov qeyd edib ki, ailə səhəri bir başa İmişli qəbiristanlığına yollanıb: 


"Əlaqədar qurumlara müraciət etdim. Qardaşlarından və qızından analiz götürüldü. Təsdiqləndi ki, bu naməlum şəhid Vəliəddindi. Onun ölüm xəbərini alan günə kimi hər gecə yuxuma gəlirdi. Elə bir geçə yox idi ki, yuxuma gəlməsin. Amma ölüm xəbəri çıxandan sonra yuxularımdan çəkilib”.


Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. 


Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb və bu gün 15:00-da Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol