• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Azərbaycanın bəzi KİV-lərini qınadı: "Onların sayəsində..."

Müdafiə Nazirliyi Azərbaycanın bəzi KİV-lərini qınadı: "Onların sayəsində..."
05.08.2014 14:11
Artıq bizim bəzi kütləvi informasiya vasitələrimizin (KİV) fəaliyyəti sayəsində Ermənistanın kəşfiyyat orqanlarının Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası hərəkəti, hərbi hissələrin dislokasiyası haqqında məlumatları əldə etməsinə heç bir maneə, problem qalmayıb.Sadəcə həmin KİV-ləri izləməklə bu məlumatları rahat əldə etmək olar. Bu isə çox böyük təəssüf doğurur.Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.Onun sözlərinə görə, hərbi hissələrin dislokasiya yerləri, komandanlıq haqqında fərdi məlumatlar, döyüş texnikasının yerdəyişməsi, onların sayı, bir məntəqədən digərinə hərəkət etməsi haqqında məlumatlar hərbi sirr sayılır, buna görə də onları yaymaq olmaz:“Bəzi insanlar hərbi texnikanın yerdəyişməsini görən kimi fotoşəklini çəkib sosial şəbəkələrə və KİV-ə yerləşdirib yayırlar. Müdafiə Nazirliyi belə halların qəti əleyhinədir. Bizim tərəfimizdən bununla bağlı KİV-lərə, ictimaiyyətə dəfələrlə müraciət edilib. Sadəcə olaraq nəticəsi yoxdur. Bu da çox böyük təəssüf doğurur”.V.Dərgahlı həmçinin qeyd edib ki, bu hal KİV-lərin və jurnalistlərin heç də hamısına aid deyil. Onların əksəriyyəti dövlətçilik mövqeyindən çıxış edir, həmçinin jurnalistlər vətəndaş mövqeyini bildirir, dövlət maraqlarını müdafiə edir, eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək ifadə edirlər. Amma elələri də var ki, kimliyi, arxasında kimlərin durduğu bəlli olmayan mənbələrdən - sosial şəbəkə səhifələrindən və saytlardan istifadə edirlər:“Fikrimizcə, belə mənbələrdən istifadə edib əhalini çaşdıracaq məlumatlar paylaşmaq qəti şəkildə olmaz. Biz bunu dəstəkləmirik və təəssüf edirik. Ona görə də əhaliyə bir daha müraicət edərək bildiririk ki, həm bəzi KİV-lərdə, həm də sosial şəbəkələrdə gedən dezinformasiya xarakterli məlumatlara inanmasınlar.Bu məlumatları dəqiqləşdirmək lazımdır. Dəqiqləşdirmək üçün yalnız bir rəsmi mənbə var. Bu da Müdafiə Nazirliyinin mətbuat xidmətidir. Yalnız mətbuat xidməti ilə əlaqə saxladıqdan sonra bütün məsələləri aydınlıqla yazmaq, istifadə etmək, paylaşmaq olar.

Müdafiə Nazirlyinin rəsmi internet səhifəsi intensiv olaraq məlumatları operativ şəkildə yayır. Bundan əlavə, mətbuat nümayəndələri həm şəhər, həm də mobil telefonlarla zəng edib istənilən məlumatı ala bilərlər. Biz yayılması mümkün olan heç bir məlumatı gizlətmirik”.//Trend

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol