• $
  • €
  • ₽
  • ₺
  • £

Rus politoloqdan ermənilərə ağır zərbə - FOTO

Rus politoloqdan ermənilərə ağır zərbə - FOTO
05.08.2014 12:36
Kremlə yaxınlığı ilə seçilən Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov ermənilərin iddialarını alt-üst edəcək açıqlama verib. 
 
Axar.az xəbər verir ki, o, öz Feysbuk səhifəsində Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb.
 
Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir. O, bu yanaşmanı yanlış baxış adlandırıb:
 
“Azərbyacan müharibə istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq  ona məxsus torpaqları – Şuşanı və digər rayonları geri qaytarmağa çalışır. Bu torpaqlar ermənilər tərəfndən zəbt olunub. Bu ərazilərdə daim azərbaycanlılar yaşayıb. 25 ildən çoxdur ki, Ermənistan bu torpaqları boş saxlayırlar və hesab edirlər  ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar. Amma Azərbaycan öz hərbi üstünlüyünü nümyiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə ,Ukraynadakı hadisələrə qarışıb. Ermənistan isə heç yada düşmür”.
 
Xatırladaq ki, Rusiya prezidentinin iştirakı ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Hakim dairələrə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi müəyyən mətləblərdən xəbər verir.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol