• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan cəbhədəki vəziyyətlə bağlı mühüm açıqlama

ABŞ-dan cəbhədəki vəziyyətlə bağlı mühüm açıqlama
05.08.2014 11:54

 “ABŞ Dövlət Departamenti iyulun 31-dən bəri Qarabağ cəbhəsində artan gərginlikdən dərin narahatdır, hər iki tərəfdən ölənlərin ailələrinə başsağlığı verir və tərəfləri bir daha atəşkəsə riayət etməyə çağırır”.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu qurumun rəsmi nümayəndəsi Cennifer Psaki keçirdiyi son brifinqdə deyib. C. Psaki bildirib ki, bu münaqişənin hərbi həlli ola bilməz: “Qarşıdurma və ölümlərin davam etməsi yalnız sülh danışıqlarını çətinləşdirməyə xidmət edəcək. Biz ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sona çatması üçün bütün tərəflərə dəstək verməyə çalışmışıq. Mən bu məsələ ilə bağlı komandamızla danışdım, bizim mövqeyimiz belədir ki, mövcud problemin həlli üçün dialoqların təşkilində hər cür səy göstərməyə, yardımçı olmağa həmişə kimi hazırıq”. C. Psaki Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-da görüşəcəyi və danışıqların növbəti raunduna Vaşinqtonun rəhbərlik edəcəyi barədə bir ay əvvəl amerikalı həmsədr Ceyms Uorlikin bəyanatından sonra prezidentlərin Rusiyanın Soçi şəhərində görüşəcəyinə dair xəbəri də şərh edib: “Rusiya da gərginlikdən narahatlığını ifadə edib. ABŞ-da görüşün rəsmi olaraq planlaşdırılmasından məlumatım yoxdur, bu barədə bizə bildirilməyib. Prezidentlərin görüşü barədə məlumatlar sadəcə şayiə də ola bilər”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol