• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxın boşaldıldığı iddia edilən Cəfərli kəndindən REPORTAJ

Qazaxın boşaldıldığı iddia edilən Cəfərli kəndindən REPORTAJ
04.08.2014 17:38
“Hazırda biz Qazaxın Cəfərli kəndindəyik. Bir neçə gün əvvəl bu kənddə güclü atışma olub. Ermənistanla sərhəddə yerləşən bu kənd güclü atışmaya məruz qalıb. Bəzi xəbər portallarında göstərilib ki, Cəfərli kəndindən artıq əhali köçməyə başlayıb. Ancaq kənddə olduğumuz müddətdə şahidi olduq ki, kənddə həyat öz axarı ilə davam edir”.Qazaxın Cəfərli kəndi Ermənistanla ən yaxın kənddir. 1145 nəfər əhalisi olan kənd mütəmadi atəşə məruz qalır. Hər gün axşam saatlarında atışma aramsız olaraq bir neçə saat davam edir. Dolanışıqları əkinçilik və maldarlıqdan çıxan sakinlər gündəlik işləri ilə məşğul olmaqda çətinlik çəkirlər. Düşmən ordusu dinc əhalini atəşə tutmaqla onları qorxu altında saxlamağa çalışır . Ancaq sakinlər artıq bu vəziyyətə çoxdan alışdıqlarını deyirlər.Kənd sakini Almara Yusifova vəziyyətin son 3-4 gündə gərginləşdiyini deyib: “3-4 gündür şiddətli atışma oldu. Kəndimizdə yaşayırıq, kənddən heç yerə çıxmırıq. Qorxumuz yoxdur. Heç yerə də çıxan deyilik”.Digər sakin Əfqan Vəliyev isə deyir ki, ermənilər körpünün kənarında post qurublar: “Erməni körpünün qırağında post qurub. Oranı vururlar. Kəndimiz erməni mövqeləri ilə çox yaxındır. Bir aydır hər saat atırlar, indi kəndi vururlar. Evlərə düşən də var, maşına dəyən də”.Bütün bu çətinliklərə baxmayaraq sakinlər öz evlərini tərk etmək haqqında düşünmürlər. Azərbaycan ordusunun gücünə inanan sakinlər özlərini təhlükəsiz hiss etdiklərini deyirlər.Kənd sakini Barat Vəliyevin sözlərinə görə, bir aya yaxındır atəşkəs rejimi mütəmadi pozulur. Kəndimiz atəşə məruz qalır: “Buna baxmayaraq kənd sakinləri heç yerə getməyib. Saytlar yalan informasiyalar verir. Camaat əkin, biçinlə məşğul olur. Atışmalar əsasən gecələr olur.Son zamanlar fəallaşdılar. Hələ belə şey olmamışdı. Gördüyünüz kimi kənd yerindədir. Heç bir təhlükə yoxdur. Ordumuz cavab atəşi ilə düşməni susdurur. Özünüz də görürsünüz ki, hamımız kənddəyik”.Bu uşaqlar da güllə səsləri altında doğulub və böyüyürlər. Düşmənlə bir addımlıqda yaşamaları onları daha mübariz və cəsarətli edib. Kəndin keçmiş döyüşçüləri vəziyyət gərginləşdiyi zaman yaxınlıqdakı hərbi hissəyə müraciət edərək, əsgərlərə dəstək olmaq üçün silahlanmaq istədiklərini deyiblər. Komandanlıq isə onlara əsgərlərin düşmənə layiqincə cavab verdiyini bildiriblər.//APAtv
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol