• $
  • €
  • ₽
  • ₺
  • £

Fərəc Quliyev haqda prokurorluğa müraciət edildi – Həbs oluna bilər

Fərəc Quliyev haqda prokurorluğa müraciət edildi – Həbs oluna bilər
03.02.2020 12:33
Deputat Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) və Baş Prokurorluğa şikayət edilib. Şikayətçi 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd blogger Mehman Hüseynovdur.
 
Blogger Yenisabah.az-a bildirib ki, şikayətin səbəbi Fərəc Quliyevin ona namizədliyini geri götürmək üçün rüşvət təklif etməsidir. 

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyev Mehman Hüseynovla görüşərək namizədliyini onun xeyrinə götürməsi üçün bloggerə şirnikləndirici təkliflər edib. Mehman Hüseynov deputatla olan danışığını ictimailəşdirib. 

Blogger hesab edir ki, bu faktdan sonra Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir. "Məsələ təkcə bununla bitmir. Fərəc Quliyev faktiki olara mənə rüşvət təklif edib. Əgər mənə təklif edibsə, deməli, dairə və məntəqə seçki komissiyalarının üzvlərinə də edə bilər. Bu baxımdan, mən yalnız Mərkəzi Seçki Komissiyasına şikayət etməklə kifayətlənməyərək Baş Prokurorluğa da müraciət etmişəm”, - deyə Mehman Hüseynov bildirib.

Bloggerin sözlərinə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən digər şəxslər də MSK-ya şikayət hazırlayır. 

Bəs, Fərəc Quliyevin namizədliyi ləğv edilə bilərmi?

Seçki mütəxəssisi Bəşir Süleymanlı Yenisabah.az-a deyib ki, əslində qeydə alınmış namizədin namizədliyinin ləğv olunması ilə bağlı bir neçə hüquqi prosedur olmalıdır: "Əvvəlcə namizədin yol verdiyi pozuntuda cinayət əməli varsa, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparmalıdır və məhkəməyə müraciət edilməldir. Bu halda Cinayət Məcəlləsinin 312-1.2 maddəyə görə "Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi— cinayət əməli hesab edilir və iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin 308-ci maddə "vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: -''dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər'';

Mərkəzi Seçki Komissiyası da namizədin yol verdiyi pozutularla bağlı məhkəməyə müraciət edə bilər. Seçki Məcəlləsinin 113 və 114-cu maddəsi əsas verir ki, Mərkəzi Seçki Komissiyası bu halda müvafiq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etsin. Məcəlləyə görə yalnız məhkəmə qərarı qüvvəyə mindikdə namizədin qeydiyatı ləğv edilə və ya Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir”.

Konkret olaraq Fərəc Quliyevlə Mehman Hüseynovun məsələsinə gəlincə, Bəşir Süleymanlı bildirib ki, bununla bağlı həm hüquq mühaifzə orqanlarına, həm də MSK-ya şikayət edilə bilər. "Əgər fakt özünü doğrultsa və Fərəc Quliyevlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olsa, MSK həmin seçki dairəsinin nəticələrini etibarsız hesab etməlidir və orda təkrar seçki keçirilməlidir”, - deyə Bəşir Süleymanlı qeyd edib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol