• $
  • €
  • ₽
  • ₺
  • £

Snayper kursları başlayır

Snayper kursları başlayır
04.08.2014 15:55
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yaxın günlərdə yenidən bərpa olunacaq.Bu barədə ANS PRESS-ə SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən məlumat verilib. Cəmiyyətdən bildiriblər ki, hazırda snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir: “Hazırlıq işləri görülür. Qruplar təşkil olunduqdan sonra snayper kursları başlayacaq”.Qeyd edək ki, bir müdddət öncə bu barədə SHXÇDX-nin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-dən ANS PRESS-ə açıqlama verilmişdi. Cəmiyyətdən həmçinin bildirilmişdi ki, snayper kurslarına müəyən məhdudiyyətlər var. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağrışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağrışçı snayper kurslarına cəlb oluna bilər:“Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməlidir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağrışçılar sanyaper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar”. Hazırda snaper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Cəmiyyətdən bildirmişdilər ki, xanımların snayper kurlarına cəlb olunması məsələsi hələ ki, Nazirlər Kabinetinin qərarında öz əksini tapmayıb:“Yalnız hərbi xidmət çağrışçıları bu kurslarda iştirak edə bilərlər. Qadınlar hərbi xidmətə çağırılmadıqları üçün bu kurlarda iştirak edə bilməzlər. Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə müəyyən addımlar atılacaq. Yəqin ki bununla bağlı müəyyən təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol