• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın görüşündə çətin anlar – Video

Deputatın görüşündə çətin anlar – Video
06.02.2020 16:05
Tanınmış hüquqşünas Əlayif Həsənov 92 saylı Zərdab-Ucar dairəsindən deputatlığa namizəd Jalə Əliyevaya çətin  anlar yaşadıb. 

Yenisabah.az xəbər verir ki, Jalə Əliyevanın seçicilərlə görüşündə çıxış edən Əlayif Həsənov namizədi sərt tənqid edib.  "Hörmətli Jalə xanım çıxışında sizə müraciət edərək dedi ki, siz həmişə dövlətin, dövlətçiliyin yanında oldunuz, Azərbaycan dövlətini məşhər ayağına çəkənlərin yanında olmadınız. 

Azərbaycan dövlətini Fransada məhkəmədə məşhər ayağına çəkənlərdən biri mən olmuşam. Amma bunu Jalə xanıma görə eləmişəm. 2010-cu ilin parlament seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsində yol verilən saxtakarlıqlar Avropa Məhkəməsi tərəfindən tanınıb və Azərbaycan dövləti mənə 10 min avro kompensasiya ödəməli olub. 

Məhz Jalə xanımın deputat seçildiyi 92 saylı Zərdab-Ucar seçki dairəsindən. Bununla bağlı internetdə məhkəmə qərarı ilə tanış ola bilərsiniz”, -deyə hüquqşünas bildirib.

Əlayif Həsənov daha sonra bildirib ki, "dövlətin və dövlətçiliyin yanındayam” demək o qədər də asan deyil. "Bu dövlətin 15 milyard dollarını Cahangir Hacıyev başda olmaqla bir qrup dələduz ölkədən çıxarıb. Ona görə məhkum olunub. Niyə bunu burda deyirəm? Çünki Jalə xanım parlamentin üzvüdür və parlamentin Konstitusiya ilə təminat verilən ən əsas hüququ büdcəyə nəzarətdir. 

Azərbaycanın heç bir millət vəkili, Jalə xanım Əliyeva da daxil olmaqla bir dəfə də deməyib ki, bu büdcəni, bu dövləti niyə dağıdırsınız? Bu insanların puludur, bu bağça uşağının puludur, bu əsgərin puludur, səngərdə yatan zabitin yeməıyidir, təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəblərdən çıxarılan 17 min tələbənin puludur. Niyə dağıdırsınız bu ölkəni, kim haqq verir sizə?
 
Bunu gərək Prezident eləsin? Prezidentin qanunla heç büdcəyə nəzarət etmək səlahiyyəti də yoxdur. Jalə xanım hüquq professorudur, bilir. Gərək bunu Prezident eləsin, gərək o tapşırıq versin?”.

Oxucular Əlayif Həsənovun çıxışını tam olaraq təqdim etdiyimiz videodan izləyə bilərlər. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol