Fəzail Ağamalıdan sensasion açıqlama: Kamil Musəvi nəşəli adamları yığıb...

"Azərbaycanın hüquq-mühafizə orqanlarına, Mərkəz Seçki Komissiyasına müraciət hazırlayıram”.
Anews.az xəbər verir ki, Bunu Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Bu gün deputatlığa namizəd Kamil Musəvi ilə aralarında baş verən qarşıdurma haqda danışan F. Ağamalı deyib ki, ona qarşı təxribat və cinayət hadisəsi törədilib.
Mənim hüquqlarım tapdanıb. Hazırda millət vəkili kimi və deputatlığa namizəd kimi toxunulmazlığım var. Onlar buna məhəl qoymadan mənə hücum etdilər. Mənim əgər orada tərəfdarlarım olmasaydı, mənə xəsarət yetirəcəkdilər. Xəsarət yetirilənlər isə mənim tərəfdarlarım oldu.
Onlara təpiklər, yumruqlar, daşlar vuruldu. Ağlı başında olmayan, kefli, hallanmış, narkotika qəbul etmiş 25-30 nəfər şəxs bizə hücum çəkdi. Azərbaycan hüquqi dövlətdir, burada hüququn aliliyi əsas götürüləcək. Hər hansı demokratik ad altında qanunları poza-poza gələn, digər namizədin üzərinə hücum edən Kamil Musəvi haqqında Azərbaycan qanunları çərçivəsində ciddi tədbir görüləcək.
Hər-halda mən bunu bütün hüquq-mühafizə orqanlarından, bütün prosesə nəzarət edən Məzahir Pənahovdan gözləyirəm”.
F. Ağamalı deyib ki, bu hadisədə Azərbaycan cinayət məcəlləsinin 126, 126.1, 126.2, 126.2.4, 185, 186, 186.1 maddələri ilə ona qarşı cinayət aktı törədilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























