Fəzail Ağamalının görüşündə daha bir şok - Video

Fəzail Ağamalının görüşündə daha bir şok - Video
"Mən Fəzail Ağamalı ilə qarşıdurmaya getməmişəm. Əksinə, o, mənim vəkilim döyüb və camaat da buna etiraz edib”.
Bu sözləri Yenisabah.az-a 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Kamil Musavi bildirib.
Kamil Musavinin sözlərinə görə, həm dairədən namizəd olan Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının ona etiraz edənləri "sərxoş”, "nəşəli” adlandırması iftiradan başqa bir şey deyil.
"Bəlkə deyəydi, orada türmədən gətirdiyim adamlar olub, nə bilim vertolyot filanla adamlarla gətimişik? Ora toplaşan insanlar seçicilərdir. Onlar da Fəzail Ağamalıya etiraz ediblər. Bu adam mənim vəkilim döydürüb, əlimizdə bununla bağlı videosübutlar var. Camaat da bundan xəbər tutub ona etiraz etməyə gəliblər”, - deyə Kamil Musavi vurğulayıb.
Kamil Musavi vəkilinin fiziki təzyiqə məruz qaldığını əks etdirən videonu da redaksiyamıza göndərib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























