Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı - VİDEO

EMilli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.
Zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.
Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























