Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək - RƏSMİ

"Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək, "Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul olunacaqlar".
"Report" xəbər verir ki, bunu müsabiqə ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib.
O bildirib ki, "Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.
F.Hacıyev deyib ki, müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək: "Həmin şəxslərin uzun müddət ehtiyatda qalacağına inanmıram. Çünki bu gün ölkədə aparılan ciddi kadr islahatlarını nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























