• $
  • €
  • ₽
  • ₺
  • £

Seçicilərin etirazla qarşıladığı deputatların – Siyahısı

Seçicilərin etirazla qarşıladığı deputatların – Siyahısı
07.02.2020 16:36
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və tşviqat mərhələsi bu gün başa çatır. 

Bu mərhələ daha çox növbəti dəfə parlamentdə təmsil olunmaq istəyən deputatlardan bəzilərinin seçilərin sərt etirazları ilə qarşılnaması ilə yadda qaldı. Yenisabah.az həmin deputatların siyahısını təqdim edir.

95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Sahib Aliyev: Sahib Aliyev 10 ildir ki, bu dairənin deputatı kimi parlamentdə oturur. Lakin keçirdiyi görüşlərdən görünür ki, 10 il ərzində seçicilərin rəğbətini qazana bilməyib. Seçicilər də onu əsasən "10 il idi harada idin?” sualı ilə qarşılayırlar. Sonuncu dəfə isə Sahib Alıyev görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb. Çünki seçicilər deputata danışmaq imkanı verməyib və onu dəstəkləmədiklərini bəyan ediblər. 

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili: Tahir Mirkişili 2015-ci ildə keçirilən beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə bu dairənin qalibi elan olunub. Deputat bir neçə gün əvvəl "Stansiya Sumqayıt” adlanan yaşayış məntəqəsində seçicilərlə görüşdə etirazla qarşılanıb. Görüşdə az sayda iştirak edən seçicilər deputatın fəaliyyəti ilə bağlı iradlarını bildirməklə yanaşı tədbirə büdcə təşkilatlarının nümayəndələrinin gətirilməsinə etiraz ediblər. 

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı: Fəzail Ağamalı 25 ildir deputatdır. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edib. İndi dördüncü dəfə bu dairədən mandat qazanmaq istəyir. Amma bu dəfə seçicilərin ciddi təpkisi üzləşib. Dünən isə etirazlar qarşıdurma səviyyəsinə çatıb. Seçicilər Fəzail Ağamalının rəqibi Kamil Musavini dəstəklədiklərini bəyan edərək Fəzail Ağamalını görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Deputat isə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq təxribatla üzləşdiyini, hücuma məruz qaldığını iddia edib. 

110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev: Elşən Musayev 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairədən mandat qazansa da, seçicilərin rəğbətini qazana bilməyib. Hər halda onun Zaqatalanın Muxax kəndində keçirdiyi görüşdə sərt təpkilə üzləşməsi faktı var. Deputat etirazlara davam gətirməyərək görüşü yarımçıq saxlayıb. Seçicilər isə onu fitə basaraq yola salıblar.

30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva: Sevinc Fətəliyeva 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairənin deputatı elan edilib. Amma seçicilərinin sözlərindən belə anlaşılır ki, 10 ildir onu görmürlər. Sevin Fətəliyevanın da etirazlarla qarşılandığının videogörüntüləri sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.

80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəd: 10 ildir bu dairənin deputatı olan Çingiz Qənizadə demək olar ki, hər görüşdə seçicilərin etirazları ilə qarşılanır. Müşahidələr göstərir ki, xüsusilə İmişlidə  Çingiz Qənizadəyə münasibət ürəkaçan deyil.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol